Dələduzluqda təqsirləndirilən şəxsə 9 il cəza verildi

13:44 - 22 Dekabr 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Yaşar Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Y.Səmədov 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından istifadə edərək, onlara külli miqdarda ziyan vuran Bakı şəhər sakini, əvvəllər dələduzluq etdiyinə görə dəfələrlə məhkum olunmuş Y.Səmədov saxlanılıb. Y.Səmədov vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib. O, vətəndaşları əsasən işə düzəltmək adı ilə aldatmaqda təqsirləndirilir.

Xəbər xətti