Metro pulsuz olacaq - Qərar

13:10 - 7 Dekabr 2016 - Xəbər

Fransanın paytaxtı Parisdə havanın həddən artıq kirlənməsi hökuməti məsələ ilə bağlı qərar qəbul etməyə məcbur edib. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Parisdə gün ərzində şəhərə buraxılacaq nəqliyyatın sayı azaldılıb. Belə ki, bu gün şəhərə yalnız tək sayılı nömrəli avtomobillər və elektrik mühərrikli avtomobillər buraxılacaq. Qərara əsasən, ictimai nəqliyyat puluz olub. Qeyd edək ki, bu halın nə qədər davam edəcəyi bildirilmir.

Xəbər xətti