Azərbaycanlı din xadimi Heydər Camal vəfat edib - Rusiyada

11:01 - 5 Dekabr 2016 - Xəbər

Rusiya İslam Komitəsinin sədri, əslən azərbaycanlı olan din xadimi və ilahiyyatçı filosof Heydər Camal vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun "Facebook"dakı rəsmi səhifəsində məlumat yayılıb.

H.Camal 70 yaşında vəfat edib. Qeyd edək ki, Heydər Camal 1947-ci il noyabrın 6-da Moskvada anadan olub. 1965-ci ildə MDU yanında Şərq Dilləri İnstitutuna daxil olub, lakin qısa müddət sonra oradan xaric edilib. 1995-ci ildə "İslam Komitəsi Regionlararası" ictimai təşkilatını yaradıb və ona rəhbərlik edib.

Xəbər xətti