6 terrorçu saxlanıldı - Türkiyədə

10:59 - 5 Dekabr 2016 - Xəbər

Türkiyədə YPG terror qruplaşmasının 6 üzvü saxlanılıb. "İHA" xəbər agentliyi xəbər verir ki, bununla bağlı əməliyyat Quşadası şəhərinin Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi tərəfindən keçirilib.

Məlumata görə, terrorçular Yunanıstanın Sisam adasına qaçmağa hazırlaşırmış. Saxlanılanlar ifadə vermək üçün Quşadası Polis İdarəsinin Terrorla Mücadilə Bürosuna aparılıblar.

Xəbər xətti