İtaliyanın baş naziri vəzifəsindən istefa verəcəyini bildirib

10:10 - 5 Dekabr 2016 - Xəbər

İtaliyanın baş naziri Matteo Rensi vəzifəsindən istefa vermək niyyətində olduğunu bildirib. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, baş nazir ölkədə keçirilmiş konstitusiya islahatı haqqında referendumun nəticələrinə görə məğlub olduğunu etiraf edib. O, həmçinin dekabrın 5-də istefa vermək niyyətini elan edib.

"Mən uduzdum və bunu ucadan deyirəm", - deyə italyan baş nazir bildirib.

Rensi həmçinin islahat əleyhdarlarını qələbə münasibətilə təbrik edib. Baş nazirinin sözlərinə görə, o, heç bir təəssüf hissi keçirmir.

Rensi əlavə edib ki, bu gün istefasını prezidentə təklif edəcək. "Hökumətdə mənim iş təcrübəm burada qurtarır", - deyə o, vurğulayıb.

Qeyd edək ki, İtaliyada konstitusiya islahatı üzrə referendum keçirilib. Bir qədər əvvəl məlum olub ki, referendumda səsvermələrin nəticələrinə görə Rensinin rəqibləri liderlik edirlər.

Xəbər xətti