Rusiyada ağır yol qəzası: 12 nəfər öldü, 23 nəfər xəsarət aldı

22:14 - 4 Dekabr 2016 - Xəbər

Ölənlərdən 10-u uşaqdır

Rusiyanın Xantı-Mansiysk vilayətində ağır yol qəzası baş verib. İçərisində uşaqlar olan avtobus, yük avtomobili və iki avtomobillə toqquşub. Ucnoqta.az-ın rian.ru-ya istinadən verdiyi xəbərə görə, avtobusda olan uşaqlar akrobatika idman yarışından geri qayıdırmış. Avtobusda 32 nəfər olub ki, onlardan 29-u uşaqlar olub. İlkin məlumata görə, 12 nəfər dünyasını dəyişib ki, onlardan 10-u uşaqdır. 20 nəfər isə ağır xəsarət alıb.
Qəzaya səbəb avtobus sürücüsünün idarəetməni itirməsi göstərilir.


Xəbər xətti