Bakıda yanğın olub

11:48 - 4 Dekabr 2016 - Xəbər

 Bakıda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 60 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə və içərisində olan taxtadan ibarət rəf 2 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 04:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti