Yağmurlu hava ilə əlaqədar Bakıda iki avtomobil yolunda sürət həddi endirilib

15:07 - 2 Dekabr 2016 - Xəbər

Yağmurlu hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxtda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, Böyükşor–Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi  iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata və axırıncı  zolaqda 80 km/saatdan 60 km/saata endirilib.
Eyni zamanda, Zığ dairəsi–Hava limanı istiqamətində avtomobil yolunda isə sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata və axırıncı zolaqda 100 km/saatdan 80 km/saata endirilib.

Xəbər xətti