Fidel Kastro “UAZ” avtomobilində yola salınıb – VİDEO

14:01 - 2 Dekabr 2016 - Xəbər

Kuba inqilabının lideri Fidel Kastro SSRİ istehsalı olan əfsanəvi “UAZ-469” markalı avtomobildə son mənzilə yola salınıb. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kastronun külü dəfn olunması üçün avtomobillə Santyaqo-de-Kuba şəhərinə yola salınıb. Dəfn mərasimi dekabrın 3-də keçiriləcək.

Kubada çox populyar olan “UAZ” markalı avtomobil dörd gün ərzində 400 kilometrdən çox məsafəni qət edəcəyi dövrdə yüz minlərlə insan Fidel Kastro ilə vidalaşacaq.

 

Xəbər xətti