Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb - Formula 1 üzrə

12:05 - 2 Dekabr 2016 - Cəmiyyət

2017-ci ildə Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisinin biletləri bu gündən satışa çıxarılır. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Ucnoqta.az-a verilən məlumata görə, ilk iki ay ərzində biletlər 30%-dək endirimli qiymətlərlə təklif olunacaq.

Daha sonra satış tam qiymətlər üzrə davam edəcək.
Qeyd edək ki, Azərbaycan Qran Prisi gələn il 23 - 25 iyunda keçiriləcək.

Xəbər xətti