Sabahın havası: isti, yağış

13:30 - 24 İyun 2016 - ÖLKƏ İÇİ

İyunun 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-24,  gündüz 29-34, Bakıda  gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.

 Sabah Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.   
 Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 32-37, dağlıq rayonlarda gecə  13-18, gündüz  21-26 dərəcə isti olacaq.
 Tibbi xəbərdarlığa gəlincə isə, yaxın iki gündə Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər xətti