ABŞ Energetika Nazirliyi hökumətin qismən bağlanması səbəbindən nüvə arsenalının modernləşdirilməsində iştirak edən təqribən 100.000 subpodratçıya ödənişi dayandırmaq məcburiyyətində qalacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin rəhbəri Kris Rayt Bloomberg TV-yə müsahibəsində deyib.
"Biz Energetika Departamentində nüvə arsenalını modernləşdiririk. Bu işi 100 000 podratçı yerinə yetirir. Onlar dövlət işçiləri deyillər, ona görə də ödənilməmiş qalıqlar üzrə ödənişlər almayacaqlar.
İndiyə qədər onlara maaş verirdik, amma sabah və ya bazar ertəsi bu işçilərin maaşını verə bilməyəcəyik; onlar bizim nüvə silahlarımızın modernləşdirilməsi üzərində işi dayandıracaqlar”, Kris qeyd edib.
Rayt əlavə edib ki, bağlanma davam edərsə, ABŞ hökuməti nüvə arsenalını modernləşdirmə səylərində sürətini itirə bilər.