Atəşkəs Əfqanıstan tərəfindən asılıdır - Pakistanın baş naziri

18:02 - 16 Oktyabr 2025 - DÜNYA

Pakistanın baş naziri Şahbaz Şərif Əfqanıstanla sərhəddə müvəqqəti atəşkəs rejiminə əməl olunmasının Kabildən asılı olacağını bildirib.

ucnoqta.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti yazıb.
"Dünən biz 48 saatlıq müvəqqəti atəşkəs elan etmək qərarına gəldik. Mesaj göndərdik ki, əgər onlar danışıqlar yolu ilə ağlabatan şərtlərimizi yerinə yetirmək istəyirlərsə, o zaman biz hazırıq. İndi top onların meydançasındadır", - Pakistanın baş naziri deyib.

Oktyabrın 15-də Əfqanıstan və Pakistan 48 saatlıq atəşkəs haqqında razılığa gəlib. 

Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, bu müddət ərzində tərəflər böhranın həlli üçün “səmimi səylər göstərəcəklər”.

Xəbər xətti