Paleontoloqlar Argentinanın şimal-qərbində 230-225 milyon il yaşı olduğu təxmin edilən ən qədim dinozavrlardan birinin qalıqlarını aşkar ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Elmi və Texniki Tədqiqatlar Şurası məlumat yayıb.
"Huayracursor jaguensis" uzanmış boyunlu kiçik ot yeyən dinozavr idi.
Elm adamları qismən kəllə, quyruğa qədər uzanan tam bir sıra fəqərə, demək olar ki, tam ön və arxa ayaqları aşkar etdilər.
Tədqiqatçılar yetkin nümunənin təxminən iki metr uzunluğunda və 18 kiloqram ağırlığında olacağını təxmin edirlər.