Qəzzada dağıntılar altından 38 nəfərin cəsədi çıxarılıb

20:35 - 14 Oktyabr 2025 - DÜNYA

Qəzza zolağında xilasetmə qrupları hərbi qarşıdurma zamanı İsrailin hava hücumları nəticəsində dağılan binaların dağıntıları altından 38 nəfərin cəsədini çıxarıb.

Ucnoqta.az xəbər verir ki. bu məlumat Fələstin anklavının Səhiyyə Nazirliyinin X-də dərc olunan hesabatında verilir.

Bildirilir ki, İsrail hərbçilərinin oktyabrın 14-də Qəzzanın şərqindəki Əl-Şucayya məhəlləsini və Xan Yunis qaçqın düşərgəsini atəşə tutması nəticəsində daha 6 nəfər həlak olub.

Bu ərazilərdə 29 fələstinli yaralanaraq xəstəxanalara aparılıb.

2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına hücumları qurbanlarının ümumi sayı 67 913 nəfərə çatıb, 170 000-dən çox yaralı var.

Xəbər xətti