İsveç BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına vəzifəsini tərk edən IKEA-nın baş direktoru Jesper Brodinin namizədliyini irəli sürüb.
Brodin bundan təəccübləndiyini deyib. Onun sözlərinə görə, çünki biznes rəhbərinin namizədliyini irəli sürmək olduqca qeyri-adi bir şeydir.
Ucnoqta.az xəbər verir ki, Brodin bu barədə Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində deyib.
O əlavə edib ki, "BMT dəyişikliklərə məruz qalır, ona görə də bir çox ölkələri əhatə edən böyük təşkilatlarda təcrübəsi olan liderlərə ehtiyacı var".
BMT-nin Baş katibi Antonio Quterreş namizədlər arasından komissar seçəcək və daha sonra namizəd BMT Baş Assambleyasında səsvermə yolu ilə təsdiqlənməlidir.