Qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək

16:36 - 15 Oktyabr 2025 - Xəbər

Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək. 

Ucnoqta.az xəbər verir ki, parad noyabrın 8-də Bakının Azadlıq meydanında təşkil olunacaq. 

Artıq parada hazırlıqlara başlanılıb.

Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib.

2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub.

Xəbər xətti