2022-ci ilin fevralında Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Böyük Britaniyada 28,7 milyard funt sterlinqdən (38,3 milyard dollar) çox olan Rusiyanın aktivləri dondurulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Xəzinədarlığın bir hissəsi olan Böyük Britaniyanın Maliyyə Sanksiyalarının Tətbiqi Ofisinin (OFSI) 2024-2025-ci illər üzrə hesabatında deyilir.
İkinci ən böyük dondurulmuş aktivlər Liviya şirkətləri və fiziki şəxslərindədir (12,96 milyard funt-sterlinq), ikinci yerdə Belarus (1,18 milyard funt-sterlinq) gəlir.
Qeyd olunur ki, əməliyyat başlayandan bəri London 2100-dən çox fiziki və hüquqi şəxsi Rusiya əleyhinə sanksiyalar siyahısına əlavə edib.
Bu ilin aprelinə olan məlumata görə, Böyük Britaniyanın konsolidə edilmiş sanksiya siyahısındakı maddələrin 44,6%-i Rusiyanın payına düşüb.
Məlumata görə, OFSI Rusiyaya qarşı sanksiyaların pozulması ilə bağlı 240 faktı araşdırır.