Xırdalanda 20 yaşlı gənc bıçaqla qətlə yetirilib

08:43 - 15 Oktyabr 2025 - HADİSƏ

Abşeronda qətl hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.

2005-ci il təvəllüdlü Elmir Axundov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanıb.

Xəbər xətti