Fələstinin HƏMAS hərəkatı Amerika liderinin sülh planının şərtlərinə əməl etməsə, ABŞ prezidenti Donald Trampın razılığı ilə İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza küçələrinə qayıda bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tramp CNN telekanalına bildirib.
Amerika lideri telefonla verdiyi müsahibədə HƏMAS silahlarını yerə qoymaqdan imtina edərsə, nə baş verəcəyini soruşduqda, “Mən söz deyən kimi İsrail o küçələrə qayıdacaq” deyib.
ABŞ prezidenti bəyan edib ki, o, hazırda İsrail hakimiyyəti və hərbçilərini cilovlamağa məcburdur.