"Akkord" şirkətlər qrupuna daxil olan iki şirkət riskli vergi ödəyicisi siyahısına daxil edilib.
Ucnoqta.az xəbər verir ki, söhbət "Akkord Qum" MMC-dən və "Akkordian Traden" MMC-dən gedir.
Qeyd olunub ki, hazırda "Akkordian Traden"in 110 min manatdan çox vergi borcu mövcuddur.
Bundan başqa, qrupa daxil olan "Akkord Hydrotechnical Construction Company"nin də külli miqdarda vergi borcu yaranıb. Belə ki, hazırda şirkətin borcu 1 milyon 194 min manat təşkil edir.
Bundan əlavə, sözügedən şirkət müxtəlif illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etmədiyinə görə dəfələrlə cərimələnib.
Qeyd edək ki, "Akkord" şirkətlər qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. ///teleqraf