İsrail təyyarələri Livanda "Hizbullah"ın sement zavoduna zərbə endirib

00:00 - 17 Oktyabr 2025 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubunda şiə Hizbullah təşkilatına məxsus sement fabrikinə irimiqyaslı zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb.

Xəbər portalının məlumatına görə, təyyarə Məzraat əs-Sinay bölgəsində yerləşən obyektə azı səkkiz raket atıb. Yaxınlıqdakı dizel yanacağı çənlərinin vurulmasından sonra ərazidə güclü yanğın baş verib.

Səhiyyə Nazirliyi hücum nəticəsində 6 nəfərin yaralandığını bildirib.

IDF sözçüsü Avichai Edri, X sosial media saytında yayılan ərəb dilində verdiyi açıqlamada Hizbullahın sementdən dağıdılmış istehkamları və yeraltı bunkerləri bərpa etmək üçün istifadə etdiyini söylədi.

Xəbər xətti