Ermənistanda rektor və prorektor saxlanıldı

16:38 - 17 Oktyabr 2025 - DÜNYA

İrəvanda Xaçatur Abovyan adına Ermənistan Dövlət Pedaqoji Universitetinin rektoru və prorektoru saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə NEWS.am-a Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib və bildiriblər ki, hər iki şəxs apardıqları cinayət işi üzrə istintaq çərçivəsində saxlanılıb.

Rektor və prorektor universitet əməkdaşlarından ibarət cinayətkar təşkilat yaratmaqda və ona rəhbərlik etməkdə, xüsusilə külli miqdarda mənimsəmə və dələduzluqda, rüşvət almaqda ittiham olunurlar.

Cinayət işi ilə bağlı bir neçə universitet əməkdaşı da saxlanılıb.

Xəbər xətti