Azərbaycan yığması Belçikaya qalib gəlib - Millətlər Liqası

15:41 - 17 Oktyabr 2025 - İDMAN

Bakıda keçirilən amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, günün ilk matçında Azərbaycan millisi Belçika ilə üz-üzə gəlib.

Oyun yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, üç gün davam edəcək yarışda 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar.

Xəbər xətti