Daim üşüyənlərin diqqətinə! 

06:14 - 17 Oktyabr 2025 - DİGƏR

Soyuq hava qrip və soyuqdəymə kimi xəstəliklərə səbəb olur, eyni zamanda astma və KOAH kimi xroniki xəstəlikləri olanlar üçün də risk yaradır. Mütəxəssislər qripə qarşı peyvəndin əhəmiyyətini vurğulayaraq, soyuq havanın səbəb olduğu digər xəstəliklər və qorunma yolları haqqında mühüm məlumatlar veriblər.

Ucnoqta.az xəbər verir ki, Prof. Dr. Yavuz Havlucu qrip peyvəndinin xəstəliklərin qarşısının alınmasında ən təsirli üsul olduğunu vurğulayır.

Prof.Dr.Havlucu qrip peyvəndi üçün oktyabr və noyabr aylarının ən uyğun vaxt olduğunu vurğuladı. O, hərəkətsizlik, qan azlığı, qalxanabənzər vəzinin ləngliyi, menopoz, günəş işığının olmaması, diabet və ürək xəstəlikləri kimi halların insanların daha asan soyuqlamasına səbəb olduğunu açıqlayıb. 

Xəstələrinin soyuq havalarda nəfəs darlığı, öskürək və hırıltı ilə qarşılaşa biləcəyini vurğuladı. O əlavə edib ki, bu xəstələr soyuqda bronxial spazm riski altındadır və belə hallarda inhalyatorlardan istifadə etməlidirlər.

Mütəxəssis soyuqluğun sinir uclarını təsir edə biləcəyini, "nevralgiya" olaraq bilinən ani və şiddətli ağrılara səbəb ola biləcəyini açıqladı. Prof.Dr.Havlucu onu da qeyd edib ki, soyuq havalarda üz iflici, mədə-bağırsaq krampları, ürək-damar spazmları da yarana bilər.

Soyuq havalarda virus infeksiyalarının arta biləcəyini qeyd edən həkim havalar soyuduqca insanların evdə qalmağa meylli olduğunu bildirir. Bu, virusların yayılması üçün əlverişli mühit yaradır. Soyuqdəymə yüngül və ya qızdırmasız olsa da, qripin yüksək hərarəti olur. Qriplə birlikdə baş ağrıları və yorğunluq daha çox özünü göstərir. Soyuqdəymə zamanı xüsusi müalicə tələb olunmur."
Riskli qrupdakı insanların mütləq həkimə müraciət etmələri lazım olduğunu vurğulayan Prof.Dr.Havlucu, “Xəstə insanlar həkim tövsiyəsi olmadan dərman istifadə etməməli, insanların sıx olduğu mühitlərdən uzaq durmalı, yoluxmamaq üçün maska taxmalıdırlar” dedi.

Xəbər xətti