Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin iştirakı ilə “Məktəblilər arasında respublika çempionatı”nın atletika idman növü üzrə zona mərhələsi keçirilib.
Ucnoqta.az xəbər verir ki, “Məktəblilər arasında respublika çempionatı” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Yarışın məqsədi məktəblilərin fiziki hazırlığını gücləndirmək, sağlam həyat tərzini təbliğ etmək və şagirdlər arasında idmana marağı artırmaqdır.
Yarışın məqsədi ümumi təhsil müəssisələrində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, şagirdlər arasında sağlam və aktiv həyat tərzinin təşviqi, sinifdənxaric və məktəbdənkənar işin yaxşılaşdırılması və idmançıların yarış təcrübələrini artırmaqdır.
Azərbaycan Atletika Federasiyasının təyin etdiyi hakimlərin idarə etdiyi yarışlarda məktəblilər 100 metr məsafəyə qaçış, yerindən uzunluğa tullanma, tennis topu atma və 4x50 metrlik estafet qaçışı (2 qız, 2 oğlan) üzrə mübarizə aparıblar.
Zona mərhələsinin nəticələrinə əsasən, I yeri Sabirabad, II yeri Beyləqan, III yeri isə Saatlı komandası tutub. I yeri qazanan Sabirabad komandası yarışın final mərhələsində iştirak etmək hüququ əldə edib.
I, II və III yerlərə layiq görülən komandalar təşkilatçılar tərəfindən diplomla təltif olunublar.