Luvrdan oğurlanan zinət əşyaları tapılacaq - Makron

22:39 - 19 Oktyabr 2025 - DÜNYA

Fransa prezidenti Emmanuel Makron bazar günü Luvrdan oğurlanmış zinət əşyalarının tapılacağına və oğruların məsuliyyətə cəlb ediləcəyinə əmin edib.

Ucnoqta.az xəbər verir ki, Makron bu barədə X-də yazıb: 
“Biz ləl-cəvahiratları tapacağıq, cinayətkarlar isə məsuliyyətə cəlb olunacaqlar”.

Dövlət başçısının sözlərinə görə, Paris prokurorluğunun göstərişi ilə bu məqsədlə mümkün olan hər şey edilir.

O, yaxın gələcəkdə Luvrda təhlükəsizlik tədbirlərinin əhəmiyyətli dərəcədə gücləndiriləcəyinə söz verib.

Xəbər xətti