İsrail hakimiyyəti Vaşinqton administrasiyasına humanitar yardımın oktyabrın 20-də səhər saatlarında Qəzza zolağına daxil olmağa davam edəcəyi barədə xəbərdarlıq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə X-də Amerikanın Axios onlayn portalının jurnalisti Barak Ravid məlumat verib.
Ynet-in məlumatına görə, İsrail hakimiyyəti Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırmaq qərarına gəlib.
İsrail bunu anklavda atəşkəsin pozulmasını əsas gətirməklə əsaslandırır və Fələstinin radikal HƏMAS hərəkatını günahlandırır.