İsrail Qəzzaya yardımın oktyabrın 20-də bərpa ediləcəyini bildirib

22:17 - 19 Oktyabr 2025 - DÜNYA

İsrail hakimiyyəti Vaşinqton administrasiyasına humanitar yardımın oktyabrın 20-də səhər saatlarında Qəzza zolağına daxil olmağa davam edəcəyi barədə xəbərdarlıq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə X-də Amerikanın Axios onlayn portalının jurnalisti Barak Ravid məlumat verib.

Ynet-in məlumatına görə, İsrail hakimiyyəti Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırmaq qərarına gəlib.

İsrail bunu anklavda atəşkəsin pozulmasını əsas gətirməklə əsaslandırır və Fələstinin radikal HƏMAS hərəkatını günahlandırır.

Xəbər xətti