İsrailin şimalında bir neçə dron partlayıb

21:34 - 12 May 2026 - DÜNYA

İsrail ordusu Şimali İsrail üzərindəki hava məkanına daxil olan bir neçə partlayıcı maddə ilə yüklənmiş dron aşkar etdi.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.

Məlumata görə, dronlar Livandan "Hizbullah"ın bölmələri tərəfindən buraxılıb. Onlar Livan-İsrail sərhədi yaxınlığında İsrail ərazisində partlayıb.

 Tələfat barədə məlumat verilməyib.

Xəbər xətti