Rumen Radev yeni Baş nazir seçildi

12:04 - 8 May 2026 - DÜNYA

Növbədənkənar parlament seçkilərində qalib gələn Proqressiv Bolqarıstan koalisiyasının lideri Rumen Radev Respublikanın Baş naziri seçilib.

Ucnoqta.az xəbər verir ki, iclas Milli Məclisin saytında yayımlanıb.

"Proqressiv Bolqarıstan" koalisiyasının 124 üzvü keçmiş prezidentə səs verib.

Bolqarıstanın "Avropa İnkişafı Uğrunda Vətəndaşlar" və Demokratik Qüvvələr Birliyinin 36 üzvü bitərəf qalıb.

"Dəyişikliyə Davam Et", "Hüquqlar və Azadlıqlar Uğrunda Hərəkat" və "Dirçəliş" partiyalarının, eləcə də "Demokratik Bolqarıstan" koalisiyasının 70 nümayəndəsi əleyhinə səs verib.

Xəbər xətti