Maduronun oğlu atasının tezliklə vətənə qayıdacağına əmindir

19:17 - 6 Yanvar 2026 - DÜNYA

Venesuela prezidenti Nikolas Maduronun oğlu Querra Maduro 2026-2031-ci illər üçün yeni hökumətin seçilməsi zamanı Milli Assambleyanın (parlament) Federal Qanunvericilik Sarayında çıxış edib.

O, atasının tezliklə vətənə qayıdacağına əmindir.

"Ata, hamımızı güclü kişilər kimi böyütdün. Sən qayıdana qədər vəzifəmizi yerinə yetirəcəyik. Vətən etibarlı əllərdədir, ata. Və tezliklə Venesuelada bir-birimizi qucaqlayacağıq", -  iclas zamanı bildirib.

Xəbər xətti