Nazir polkovniki işdən çıxardı

11:09 - 6 Yanvar 2026 - Xəbər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğindan Mühafizə Xidmətinin Mingəçevir Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi işdən çıxarılıb. 

Ucnoqta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə 2015-ci ildən sözügedən qurumun rəisi olan polkovnik Mahmudov Sədi Əliağa oğlu vəzifəsindən azad olunaraq, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.  

Nazirin digər əmri ilə Xidmətinin Mingəçevir Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq mayor Elşad Məmmədova tapşırılıb. 

Xəbər xətti