Kim Çen In Kursk döyüşlərində ölən əsgərlərin xatirəsini yad edib

11:06 - 6 Yanvar 2026 - DÜNYA

Şimali Koreya lideri Kim Çen In Kursk bölgəsinin azad edilməsində iştirak edən Koreya Xalq Ordusunun əsgərlərinin xatirəsini yad edən xatirə muzeyinin tikinti sahəsini ziyarət edib.

Ucnoqta.az bildirir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, dövlət başçısı muzeyi tikən əsgərlərə minnətdarlığını bildirib. O, muzeyin ərazisində ağac əkməkdə əsgərlərlə birlikdə iştirak edib.

O, həmçinin 2025-ci ilin oktyabrında başlayan muzeyin tikintisinin davam etdirilməsi üçün təlimatlar verib və tikintidə iştirak edən zabit və əsgərlərlə şəkil çəkdirib.

Xəbər xətti