FETÖ-yə qarşı əməliyyatlarda 20 gün ərzində 223 şübhəli saxlanılıb
Ucnoqta.az xəbər verir ki, Türkiyə Daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında verdiyi açıqlamada polis qruplarının FETÖ-yə qarşı son 20 gün ərzində apardığı əməliyyatlar barədə məlumat verib. Nazir təhlükəsizlik qüvvələrinin FETÖ-yə qarşı son 20 gün ərzində apardığı əməliyyatlarda 223 şübhəlinin tutulduğunu, 87 şübhəlinin isə həbs olunduğunu açıqladı.
Yerlikaya əməliyyatlarda FETÖ-nun "məxfi strukturları" daxilində fəaliyyət göstərdiyi, təşkilatın şifrələnmiş rabitə proqramı ByLock-dan istifadə etdiyi, təşkilat daxilindəki şəxslərlə taksofonlar vasitəsilə əlaqə saxladığı və təşkilatla əlaqəli sənətkarlar vasitəsilə maliyyə dəstəyi verdiyi müəyyən edilmiş 223 şübhəlinin tutulduğunu bildirib. O, əlavə edib ki, şübhəlilərdən 87-si həbs olunub və onlardan 50-sinə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.