Almaniya kansleri Fridrix Merz çərşənbə axşamı Parisdə Ukrayna ilə bağlı görüşdə iştirak edəcək.
Ucnoqta.az bildirir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Sebastian Hille brifinqdə məlumat verib.
Onun sözlərinə görə, danışıqlar günortadan sonra bir neçə Avropa ölkəsinin liderlərinin, AB və NATO, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçiriləcək.
Hille qeyd edib ki, bəziləri yerində, digərləri isə onlayn şəkildə iştirak edəcək. Kansler isə görüşdə fiziki olaraq iştirak edəcək.