Tramp Qəzza ilə bağlı Netanyahuya təzyiqi artırır

16:00 - 27 Oktyabr 2025 - DÜNYA

ABŞ prezidenti Donald Trampın administrasiyası İsrailin baş naziri Benyamin Netanyahuya münasibətdə sərt yanaşma nümayiş etdirərək Qəzza zolağında atəşkəsə ciddi şəkildə riayət olunmasını tələb edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Times (NYT) xəbər verib.

Nəşr qeyd edir ki, İsrail və Fələstin HƏMAS hərəkatı arasında atəşkəs razılaşması qüvvəyə mindikdən sonra Tramp atəşkəsə riayət olunmasını təmin etmək üçün İsrailəə yüksək vəzifəli məmurlardan ibarət nümayəndə heyəti göndərib. 

Qəzetin məlumatına görə, Tramp Netanyahunun hərəkətlərindən açıq şəkildə narazılığını ifadə edir və Ağ Ev bunun Yaxın Şərqdəki vəziyyəti qeyri-sabitləşdirə biləcəyinə inanır.

NYT-dəki mənbələrə görə, Amerika lideri atəşkəsin mümkün pozuntularının qarşısını almaq üçün Netanyahu üzərində daha sərt nəzarətin həyata keçirilməsinin zəruri olduğunu düşünür.

Qəzetin mənbələrinə görə, Tramp, xüsusən də Netanyahunu 9 sentyabrda Dohadakı HƏMAS ofisinə edilən hava hücumuna görə Qətərdən üzr istəməyə məcbur edib.

Xəbər xətti