Kamerunun iqtisadi paytaxtı Dualada müxalifətin təşkil etdiyi və 12 oktyabr prezident seçkilərində namizədi Bakari İssa Tşiromanın tanınmasını tələb edən nümayiş zamanı ən azı dörd nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, Reuters bu barədə Tşiromanın seçki qərargahına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, nümayiş zamanı atışma baş verib. Hakimiyyət orqanları etiraz zamanı itkilər barədə rəsmi məlumat vermir.