İsmayıllıda Azərbaycan bayrağına hörmətsizlik - VİDEO

21:23 - 26 Oktyabr 2025 - ÖLKƏ İÇİ

Azərbaycanda dövlət atributu olan bayrağa qarşı hörmətsizlik edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı görüntüləri jurnalist Elnurə Abışova sosial şəbəkədə paylaşıb. Belə ki, İsmayıllı rayonunun Lahıc qəsəbəsində Ulu Öndər Heydər Əliyevin portreti olan posterdə Azərbaycan bayrağının rənglərinin solğun olduğu görünür. Həmçinin Ulu Öndərin posterinin qarşısında tikinti işləri də aparılır.
Gözəl təbiəti ilə turistlərin ən çox səfər etdiyi İsmayıllı rayonu və Lahıc qəsəbəsində belə bir görüntülərin olması bayrağımıza qarşı hörmətsilzik və xoşagəlməz haldır.

Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”na əsasən dövlət bayrağı ya bayraq dirəyinin, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır və bu zaman bayrağın mavi zolağı dirəyin uc tərəfi istiqamətində olmalıdır.

Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunda qeyd edilir ki, Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir.

Xəbər xətti