İsrail ordusu "Hizbullah"ın iki üzvünü öldürmək üçün Livanın iki fərqli bölgəsinə zərbə endirib.
Ucnoqta.az bildirir ki, İDF mətbuat xidməti bu barədə məlumat verdi.
Məlumatda bildirilir ki,"Hizbullah" üçün silah qaçaqmalçılığı ilə məşğul olan və Suriyadan Livana silah almaq və təchiz etməkdən məsul olan terrorçu Əli Hüseyn əl-Musəvini və Livanın cənubundakı Naqura bölgəsində terrorçu Əbdü Mahmud əl-Səidi də vurulub.