Rusiyada həbsdən buraxılan azərbaycanlı iş adamı Bakıya gəldi

21:51 - 25 Oktyabr 2025 - Xəbər

Bu ilin avqustunda Voronejdə həbs olunmuş azərbaycanlı iş adamı, “Alekseyeviski” bazarının sahibi Yusif Xəlilov azadlığa buraxılıb.

Ucnoqta.az xəbər verir ki, həbsdən azad edilən Yusif Xəlilov bu gün Azərbaycana gəlib.

Yusif Xəlilovun oğlu Simur Xəlilov APA-ya açıqlamasında ailələrinin bu çətin dövründə Azərbaycan dövlətinin qayğısını daim hiss etdiyini bildirib: “Bu, birliyin nümayişidir. Bu gün bizim üçün çox sevincli gündür. Həm öz adımdan, həm də ailəmiz adından atamın azad olunmasına köməklik göstərən Azərbaycan dövlətinə, bunun üçün əziyyət çəkən hər kəsə dərin təşəkkürümü bildirirəm”, - o deyib.

O, həmçinin, Rusiya dövlətinə də təşəkkür edib: “Ailəmizin ikinci vətəni Rusiyadır. Mən orada anadan olmuşam. Təhsilimi də orada almışam. Bu günə kimi də orada yaşayırıq. Rusiya dövləti bizim təhsil almağımıza, işləməyimizə şərait yaradıb. Buna görə Rusiya dövlətinə də dərin minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, bu ilin avqust ayında Rusiyanın Voronej şəhərində tanınmış azərbaycanlı iş adamı, “Alekseyeviski” bazarının sahibi Yusif Xəlilov həbs edilib.

Yusif Xəlilovun həbsdən azad edilməsi, eləcə də dünyanın müxtəlif nöqtələrində azərbaycanlılarının hüquqlarını qorunması istiqamətində atılan addımlar Azərbaycan lideri İlham Əliyevin bütün dünya azərbaycanlılarının prezidenti olduğunu bir daha nümayiş etdirir.

Xəbər xətti