“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı ilə bağlı qərar verildi

12:50 - 24 Oktyabr 2025 - Xəbər

Xətai Rayon Məhkəməsində “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Yevgeni Belousovla bağlı vəsatətə baxılıb.  

Ucnoqta.az xəbər verir ki, vəsatət təmin edilib. 

Məhkəmənin qərarına əsasən, Yevgeni Belousov ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx da  həbsdən azad edilib və Rusiyaya yola salınıb. ///Günün səsi

Xəbər xətti