Daha 6 nəfər Suriyadan Azərbaycana gətirildi

14:02 - 23 Oktyabr 2025 - Xəbər

Azərbaycan hökumətinin gördüyü mərhələli və koordinasiyalı tədbirlər nəticəsində oktyabrın 22-də Suriyadan 6 nəfərin (2 qadın və 4 uşaq) ölkəmizə repatriasiyası həyata keçirilib.

Ucnoqta.az XİN-ə istinadla xəbər verir ki, müvafiq dövlət qurumlarının nümayəndələri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Səfər zamanı vətəndaşlarımızın repatriasiyası ilə bağlı Suriyanın aidiyyəti dövlət qurumları ilə bir sıra görüşlər də keçirilib. 

Xəbər xətti