ABŞ prezidenti Donald Tramp Qətər əmiri Təmim bin Həməd Əl Tani ilə söhbətində İsrailin Dohada radikal Fələstin HƏMAS hərəkatının üzvlərinə zərbə endirməsini “taktiki səhv” adlandırıb.
Ucnoqta.az xəbər verir ki, Ağ Ev rəhbəri Time jurnalına müsahibəsində deyib.
Tramp qeyd edib ki, İsrailin baş naziri Binyamin Netanyahuya razılaşmaya razı olması üçün təzyiq edən məhz o olub.
Prezidentin sözlərinə görə, yəhudi dövləti bütün dünya ilə mübarizə apara bilməz, çünki onun mövqeyi getdikcə populyarlaşmır.