Biləsuvarda 5 otaqlı ev yanıb

19:44 - 23 Oktyabr 2025 - HADİSƏ

Biləsuvar rayonunda evdə yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Biləsuvar şəhərində qeydə alınıb. İkimərtəbəli, 5 otaqlı evdə baş verən yanğınla bağlı hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları yanıb. Yanğın söndürülüb.

Xəbər xətti