Xəbər verildiyi kimi, Avropa İttifaqı (Aİ) 19-cu sanksiya paketinə Rusiya neftini daşıyan 100-dən çox xarici bayraqlı tanker əlavə edib.
Ucnoqta.az xəbər verir ki, Aİ-nin sanksiyalar paketinə həmçinin Rusiyadan LNG-nin alınmasına qadağa və rus diplomatlarının səyahətinə məhdudiyyətlər daxildir.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, 19-cu sanksiya paketinə Rusiya bankları və kriptovalyuta əməliyyatlarına məhdudiyyətlər daxildir.
Kallas qeyd edib ki, Aİ-nin sanksiyalar paketinə Hindistan və Çindəki şirkətlərə məhdudiyyətlər də daxildir.