Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə Xaçmazda diri heyvan satışı bazarında dezinfeksiya tədbirləri aparıb.
Ucnoqta.az nazirliyə istinadən xəbər verir ki, bazar mexaniki yolla təmizləndikdən sonra agentliyin əməkdaşları xüsusi texnika vasitəsilə ərazini tam şəkildə dərmanlayıblar.
Profilaktik dezinfeksiya tədbirlərinin məqsədi heyvan satışı bazarlarında törədici patogen mikroorqanizmləri məhv etməklə onların törədə biləcəyi infeksion xəstəliklərin qarşısını əvvəlcədən almaqdır.
Bazarlarda dezinfeksiya tədbirləri ölkə üzrə mövcud olan bütün heyvan satışı bazarlarını əhatə edəcək və qısa müddətdə yekunlaşacaq.