Ləman gəlinliyi ilə bağlı davaya görə özünü öldürüb - TƏFƏRRÜAT

00:40 - 22 Oktyabr 2025 - Cəmiyyət

"Qızımın gəlinlik geyimi ilə bağlı nişanlısı, onun anası və atası evimdə dava-dalaş saldılar. Qızım da dözməyib özünü öldürdü".

Ucnoqta.az xəbər verir ki, bu fikirləri "Teleqraf"a açıqlamasında bir neçə gün öncə özünü yaşadığı evdə öldürən 19 yaşlı şəhər sakini Ləman Məmmədlinin atası Murad Bayramov söyləyib.

Onun sözlərinə görə, mətbuatda və sosial şəbəkələrdə yazılanlar həqiqəti əks etdirmir."Guya aralarındakı yaş fərqinə görə qızım Ləman razı olmayıb, etiraz edib. Tamamilə yanlış fikirlərdir. Əvvəla oğlanın 35-36 deyil, 33 yaşı var. Elçilik, qız toyu da könüllü və qarşılıqlı razılıq əsasında baş tutub. Hətta nişanlısı Elnurla rəsmi nigah da bağladılr. Həmin andan Ləman Bayramova rəsmən Məmmədli soyadını daşımağa başladı".

Murad Bayramovun sözlərinə görə, faciənin bünövrəsi qız toyundan başlayıb: "Qız toyundan sonra Elnur ata- anası ilə birgə bizə gələrək əməlli-başlı dava saldılar ki, bu nə biabırçı, açıq-saçıq gəlinlikdir qızınıza geyindirmisiniz. Biz də dedik ki, adi, çoxunun geyindiyi gəlinlik geyimidir, amma qarşı tərəf sakitləşmədi, mübahisəni davam etdirdilər. Sonrakı gün də mübahisə davam etdi. Artıq çox gec idi. Yanlış ailə ilə qohum olduğumuzun fərqinə vardıq. Qızım da bunlara dözmədi. Məyusluq, psixoloji sarsıntı keçirən qızın canına qıydı".

Ölüm hadisəsindən sonra Elnur və valideyinləri yas mərasiminə gəlsələr də, Ləmanın atası buna icazə verməyib:

"Görəsən, həyatdan nakam gedən 19 yaşlı qızımın ölümünə görə Elnur və valideynləri vicdan əzabı çəkirlərmi?".

Xəbər xətti