Uşaqlarda tatu və pirsinq təhlükəsi

08:43 - 21 Oktyabr 2025 - Cəmiyyət

Son illərdə uşaqlar arasında döymə və pirsinqlər artıb. Bu həm psixoloji, həm də fiziki baxımdan ciddi risklər yaradır. 

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış estetik –plastik cərrahı Prof.Dr.Hayati Akbaş ailələri bu mövzuda daha diqqətli və məlumatlı olmağa çağırıb. Hayati Akbaş uşaqların hələ inkişaf mərhələsində olduğunu və şəxsiyyətlərinin hələ tam formalaşmadığını vurğuladı. O, “Tatuirovka uşaqlar arasında getdikcə daha çox yayılır. Eynilə, dil və burun kimi nahiyələrdə pirsinqlər də daha çox yayılmaqdadır. Bu çox vacib və təhlükəli vəziyyətdir. Ailələr bu məsələdə son dərəcə diqqətli olmalıdırlar”.

Akbaş uşaqların tatuaj etdirmə istəyinin altında yatan səbəblərin çox vaxt psixoloji səbəblər, nümunə götürmə və həmyaşıdlarının təsiri olduğunu söylədi. 
“Uşaqların tatuaj etdirməyə meyli, psixoloji sabitliklərinin hələ tam formalaşmamış olması və ya rol modellərinin döymələrini təqlid etmək istəyi kimi səbəblərdən yarana bilər. Təəssüf ki, bu tendensiyanın qalıcı və zərərli nəticələri ola bilər”.

Prof.Dr.Akbaş uşaqlıqda edilən döymələrin sonrakı həyatda geri dönüşü olmayan problemlərə səbəb ola biləcəyini ifadə edərək, əlavə etdi: "Çox uşaq ağlaya-ağlaya yanıma gələrək, "Döymələrimi sildirmək istəyirəm. Əsgər və ya polis olmaq istəyirəm, amma döymələrimə görə müraciət edə bilmirəm. Xahiş edirəm, məni bu şeylərdən xilas et." Bu, çox acınacaqlı bir vəziyyətdir.
Akbaş, pirsinqin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini də qeyd edərək, "Xüsusilə dil və burun kimi bölgələrdə pirsinq ciddi infeksiyalara, iltihablara, qalıcı deformasiyalara, hətta əzaların itirilməsinə səbəb ola bilər. Sağalmaz fiziki qüsurlar yarana bilər. Ona görə də uşaqlıqda belə yanaşmaların qarşısı alınmalıdır" dedi.
 

Xəbər xətti