Pentaqon rəhbəri Piet Hegset Sakit Okeanda beynəlxalq sularda Amerika qüvvələri tərəfindən narkotik ticarəti üçün istifadə edildiyi iddia edilən qayığın məhv edildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə X-də yazıb. Heqset qeyd edib ki, oktyabrın 22-də ABŞ hərbçiləri ABŞ prezidenti Donald Trampın göstərişi ilə Sakit Okeanın şərqində kiçik gəmiyə zərbələr endiriblər.
Heqsetin sözlərinə görə, qayıqda ABŞ-nin terror təşkilatı hesab etdiyi təşkilatın üzvləri narkotik vasitələri daşıyırmış.
Nazir qeyd edib ki, ABŞ hərbçilərindən xəsarət alan olmayıb.